“İşığa doğru” sənədli filminin çəkilişləri tamamlanıb

“İşığa doğru”  sənədli filminin çəkilişləri tamamlanıb
calendar 29 iyul 2024
clock 17:14

“OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunan “İşığa doğru” sənədli filminin çəkilişləri başa çatıb.

Kulis.az xəbər verir ki, müşahidə və subyektiv kamera üsullarından istifadə edilməklə ərsəyə gətirilən və iki paralel süjet xətti üzərində qurulan filmdə hadisələr Qarabağda işğaldan azad olunmuş ərazidə cərəyan edir.

Torpaqlar azad olunub, ancaq müharibənin insanların həyatında buraxdığı dərin izlər və yaralar hələ də qalır, ağrılar davam edir. Film Qarabağda 30 il əvvəl itirdiklərini axtaran qəhrəmanların hekayəsindən bəhs edir.

Real hadisələr əsasında çəkilən filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğlu, təsvir rejissoru Vasif Vəlizadə, səs rejissoru Hafiz İbrahimli, montaj rejissoru Murad Şükürlü, prodüserləri Ramil Ələkbərov və Orxan Behbiddir. Ərşad Əliyev, Rəsul Kamal və Elşad Ərşadoğlunun iştirak etdiyi filmin hazırda post-prodakşn işləri davam etdirilir.

# 770 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news