“Oğul” filminin ölkə xaricində ilk premyerası baş tutdu - Foto

“Oğul” filminin ölkə xaricində ilk premyerası baş tutdu - Foto
calendar 7 noyabr 2023
clock 16:28

“Oğul” sənədli filminin xaricdə ilk premyerası Gürcüstanda baş tutub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan filmin xarici premyerası bu gün Tbilisidə, SOCAR Georgia şirkətinin baş ofisində keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, eləcə də müxtəlif ölkələrin hərbi attaşeləri, Gürcüstan parlamentinin üzvləri, şəhid ailələri, gürcü və azərbaycanlı ictimai-siyasi xadimlər, iş adamları iştirak ediblər.

Təqdimatından öncə çıxış edən səfir Faiq Quliyev filmlə bağlı iştirakçılara məlumat verib. Səfir vurğulayıb ki, Azərbaycanın müstəqilliyi 1993-cü ilədək formal xarakter daşıyıb və dövlət olaraq müstəqil siyasət apara bilməyib, işğala məruz qalıb. Əlavə edib ki, Azərbaycan xalqı həmin dövrdə çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görüb:

“1993-cü ildən sonra yürüdülən dövlət siyasəti sayəsində dövlətçiliyin fundamental əsasları qoyulub, Azərbaycanın hərbi qüdrətinin əsasını təşkil edən nizami ordu formalaşdırılıb”.

Faiq Quliyev əlavə edib ki, bu il Xankəndi zəfəri Heydər Əliyev ilinə ən böyük töhfədir. O, 2-ci Qarabağ müharibəsi zamanı 50 milyonluq azərbaycanlının Vətən torpaqlarının azad edilməsi uğrunda “Dəmir yumruq” ətrafında birləşdiyini, Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycana bağlılıq göstərdiklərini və bunun əziz tutulduğunu qeyd edib.

“Soydaşlarımızın bu tarixi qələbəyə töhfəsi şəksizdir və ən böyük töhfə şübhəsiz ki, qan töhfəsidir. Biz əslən Gürcüstandan olan qəhrəmanlarımızın qarşısında baş əyirik. Şəhidlərin adlarının yaşadılması istiqamətində fəal iş aparılır və artıq bir sıra böyük layihələr icra olunub”, - deyə səfir bildirib.

Daha sonra Türkiyə səfiri Ali Kaan Orbay çıxış edib. O, Azərbaycanın 44 günlük müharibədə öz ərazilərini bərpa etməklə yanaşı Cənub Qafqazda sülh, regional barış və bölgə xalqlarının dinc birgə yaşayışı üçün imkan yaratdığını vurğulayıb. Səfir Türkiyənin bundan sonra da Azərbaycana dəstəyini davam etdirəcəyini vurğulayıb.

# 1078 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news