"Təəssüf ki, kino mərkəzi fəaliyyətini dayandırdı..." - Açıqlama

"Təəssüf ki, kino mərkəzi fəaliyyətini dayandırdı..." - Açıqlama
calendar 22 iyul 2024
clock 10:58

1988-ci ildən fəaliyyət göstərən "Salnamə" sənədli filmlər studiyası fəaliyyətini dayandırıb.

Kulis.az xəbər verir ki, bu barədə rejissor Tahir Tahiroviç məlumat verib:

"1988-ci ildə təsis edilən “Salnamə” sənədli filmlər studiyası bu illər ərzində yüzlərlə xronikal-sənədli, elmi-kütləvi və tədris filmləri istehsal edib. Bu filmlər Azərbaycanın uzaq, yaxın və müasir dövrünün salnaməsidir. “Salnamə” neçə-neçə müəllif, rejissor, kino insanın zəhməti hesabına qurulmuş, ərsəyə gəlmiş, Dövlətimizin mədəni həyatında həmişə diqqət ayırdığı bir kino mərkəzi olub. Təəssüf ki, artıq belə bir mədəniyyət və kino mərkəzi fəaliyyətini dayandırıb.

Heç kəsə sirr deyil ki, hər bir xalqın, dövlətin kinematoqrafiyası, ələlxüsus sənədli kinosu onun tarixinin ayrılmaz parçası olmaqla bərabər, həm də bu tarixi yaşadan, gələcəyə çatdıran unikal bir sənət növüdür. Biz bu gün “Salnamə”nin fəaliyyətini danaydırmaqla, onu itirməklə, deməli tariximizi itiriməli oluruq. Düşünürəm, biz hamımız bir yerdə bu cür məsuliyyəti birlikdə dərk edərək tariximizin salnaməsi olan “Salnamə”nin fəaliyyətini bərpa olunmasına qərar verəcəyik...

Bu gün tez ola bilər, amma və lakin sabah gecdir".

# 874 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news