Kukla Teatrı mövsümü başa vurur

Kukla Teatrı mövsümü başa vurur
calendar 11 iyul 2018
clock 17:02

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da respublikanın digər teatr-konsert müəssisələri kimi mövsümü başa vurur.

86-cı teatr mövsümü də repertuar tamaşalarının nümayişi ilə yanaşı yaradıcılıq planına uyğun olaraq hazırlanan yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələrlə zəngin olub.

“Teatrın bayramı premyeradır” prinsipini rəhbər tutan yaradıcı kollektiv iyulun 15-ə təsadüf edəcək bağlanış tədbirini də tamaşaçılar üçün yaddaqalan etməyə çalışıb. Belə ki, həmin gün teatr üç seans olmaqla premyera tamaşa nümayiş etdirəcək.

Birinci-saat 12: 00 və 14: 00 seanslarında teatrsevərlər M. Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyəcəklər. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunacaq.

Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov ifa edirlər.

İkinci-saat 16:00 seansında isə rusdilli balaca tamaşaçılara bu klassik nağıl əsasında hazırlanaraq yeni səhnə həlli və adı verilən “Üç cəsur” təqdim olunacaq. Rus bölməsi üzrə ilk dəfə hazırlanan (tərcümə Q. Məsimov) bu tamaşaya da teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də klassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub. Tamaşada rolları Rauf Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova və Araz Həsənli ifa edirlər.

Tamaşaların nümayişindən sonra müəssisənin yaradıcı həyatında xüsusi rol oynayan əməkdaşlar rəhbərlik tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar. Belə ki, məhsuldar aktyor, ilin aktyor və aktrisası, mövsümün perspektivli aktyoru, uğurlu fəaliyyətinə görə seçilən əməkdaşı, həmçinin, ilin rejissoru, rəssamı da seçilərək təltif olunacaq.

Teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimi bu il ərzində də onunla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçilərindən bir neçə nəfəri “Teatrın dostu” mükafatı ilə təltif edəcək./azertag.az/

# 1301 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news