Teatrlarımızın həftəsonu repertuarları

Teatrlarımızın həftəsonu repertuarları
calendar 8 may 2019
clock 18:47

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi həftəsonu beş səhnə əsəri ilə çıxış edəcək.

Sənət ocağında təqdim ediləcək tamaşalar çağdaş və klassik yazıçıların əsərləri əsasında hazırlanıb.

Teatrın səhnəsində mayın 10-da “Boy çiçəyi”, 11-də “Nindza tısbağalar” və “Şah Qacar” tamaşaları göstəriləcək. Mayın 12-də isə teatrsevərlər “Anamın kitabı” və “Ah, bu uzun sevda yolu” tamaşalarına baxa biləcəklər.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi maraqlı tamaşalarla balacaları sevindirəcək.

Teatrın yaradıcı heyəti bu həftə üçü rus, üçü isə Azərbaycan dilində olmaqla 6 səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar mayın 10-da “Cırtdan”, “Üç cəsur” (rus dilində” 11-də “Əlibaba və qırx quldur”, “Qoğal” (rus dilində) tamaşalarını izləyəcəklər. Həmçinin, mayın 12-də “Kəloğlan” və “Qaçaq Əhməd” (rus dilində) tamaşalarına baxa biləcəklər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.

Sənət ocağının səhnəsində beş səhnə əsəri nümayiş ediləcək. Belə ki, teatrsevərlər mayın 10-da “Qafqazlı qardaşqızı” (rus dilində), 11-də isə "Qoğalın macarcası” (rus dilində), “Mən dəyərəm min cavana” tamaşalarına baxa biləcəklər. Mayın 12-də isə “Buratino” və “999-cu gecə” nümayiş ediləcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar. /azertag.az/

# 1904 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news