“Küllücə” adlı teatr-studiyası yaradılıb

“Küllücə” adlı teatr-studiyası yaradılıb
calendar 12 oktyabr 2019
clock 15:22

Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını nümayiş etdirməsi üçün reallaşdırılan irimiqyaslı layihələrə biri də əlavə olunub.

Kulis.az xəbər verir ki, bir sıra sosial-mədəni aksiyaları ilə ictimaiyyətin diqqətini bu sahəyə yönəldən, istedadlı əlilliyi olan uşaq və yeniyetmlərin özünüifadə meydanına çevrilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb.

30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirən studiya iki qrupda (uşaq-yeniyetmə və gənclər) fəaliyyət göstərəcək.

Terapiya, bir növ müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlər səhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin ediləcək. Aktyor, rejissor, vokalçı, xoreoqraflarla yanaşı, psixoloqlar da məşq-tədris prosesində pedaqoq kimi iştirak edəcəklər.

Qeyd edək ki, hazırda studiyanın hər iki qrupunda məşqlər gedir. İlk olaraq kiçik yaş qrupunun təqdimatında Şarl Perronun məşhur “Qırmızı papaq” əsəri, böyüklərin qrupunda isə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Solğun çiçəklər” tamaşaları hazırlanır.

Hər iki nümunə orijinal pyes üzərində müvafiq ixtisarlar aparılmaqla yeni səhnələşdirmədə, daha çox mahnı və kütləvi rəqslərin fonunda təqdim olunacaq. “Küllücə”nin yetirmələrinin ilk səhnə nümayişi dekabrın 3-də - Beynəlxalq Əlillər Günündə gerçəkləşəcək.

# 2333 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news