Yeni tammetrajlı filmin çəkilişləri başlandı

Yeni tammetrajlı filmin çəkilişləri başlandı
calendar 8 iyun 2016
clock 09:47

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında “Üç gün və bir ömür” adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb.

Kinostudiyadan bildiriblər ki, Yusif Şeyxovun ssenarisi əsasında çəkilən filmin rejissoru Babək Şirinsifətdir.

Filmdə Kəlbəcər rayonundan olan şəxs Qarabağ hadisələri ərəfəsində müəyyən səbəblərə görə həbsxanaya düşür. O, həbsxanada ikən doğma yurdu işğal olunur. Azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün yollar axtarır.

Psixoloji dram janrında çəkilən filmin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırırlar.

Erməni işğalında olan Qarabağ haqqında həqiqətləri ekrana gətirməyi qarşısına məqsəd qoyan yaradıcı heyət çəkilişləri Bakı, Gəncə, Şəki, İsmayıllı, Lahıc və digər bölgələrdə gerçəkləşdirəcək. Həbsxana çəkilişlərinin bir hissəsi real məkanda, digər hissəsi isə pavilyonda aparılacaq.

Filmin bu ilin sonunda təhvil verilməsi planlaşdırılır. /azertac/

# 1517 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news