Berlin kinofestivalı açıldı - FOTOLAR

Berlin kinofestivalı açıldı - <span style="color:red;">FOTOLAR
calendar 16 fevral 2018
clock 11:18

Dünən Berlin kinofestivalı öz işinə başlayıb.

Kulis.az-ın verdiyi xəbərə görə, festival tarixində ilk dəfə olaraq animasiya filmi ilə açılıb. Bu, amerikalı rejissor Ues Andersonun “İt adası” animasiya filmidir.

Film Spots adlı iti ilə Yaponiyaya səyahət edən və şəhər merinin üzündən itini itirən Atari Kobayaşi adlı 12 yaşlı yeniyetmədən bəhs edir.

Xatırladaq ki, əsas mükafat uğrunda 19 film yarışan festivalda ümumən 400-dən artıq film iştirak edir.

Əsas mükafat uğrunda yarışacaq filmlər arasında Stiven Soderberqin “Özündə olmayan”, Joze Padilyanın “Kürəvi ildırım əməliyyatı”, Lav Diasın “Şeytan mövsümü” filmləri var.

Əsas müsabiqə proqramında “Qızıl ayı” uğrunda Emili Atefin Almaniya-Avstriya-Fransa birgə istehsalı olan “Kibronda üç gün”, filippinli rejissor Lav Diasın “Şeytan mövsümü”, ABŞ rejissoru Devid Zellnerin “Qız”, amerikalı rejissor Qas Van Sentin “Narahat olma, o, piyada uzağa gedə bilməz”, rus rejissoru Aleksey Germanın (kiçik) “Dovlatov”, fransız rejissor Benua Jakonun “Həvva”, rejissor Laura Bispurinin “Mənim qızım”, paraqvay rejissoru Marçello Martinessinin “Varis”, almaniyalı rejissor Tom Stuberin “Sırada”, İran rejissoru Mani Həqiqinin “Donuz”, alman rejissoru Filip Qröninqin “Mənim qardaşımın adı Robertdir və o idiotdur”, Meksika rejissoru Alonso Ruisin “Muzey”, Sadrik Kanın (Fransa) “Dua”, Mans Mansson və Eksel Petersenin “Daşınmaz əmlak” (İsveçrə-Böyük Britaniya), Andina Pintilienin “Toxunma” (Rumıniya-Almaniya-Çüxiya-Bolqariya-Fransa), Kristian Petsoldun “Tranzit” (Almaniya-Fransa), Malqojata Şumovskanın “Üz” (Polşa), Erik Poppenin «Utøya 22. Juli» (Norveç) filmləri yarışır.

Qaliblər fevralın 25-də elan olunacaq.

# 1129 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news