Şuşaya gedə bilmirəm

Şuşaya gedə bilmirəm
calendar 2 may 2013
clock 11:27

Kulis.Az mərhum şair Akif Səmədin şeirini təqdim edir.

Bu halal yolnan yoldaşnan

Şuşaya gedə bilmirəm.

Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik
Şuşaya gedə bilmirəm.


Ulduzuq nədə bilirəm,
Bilirəm, dədə, bilirəm,
Evimə gedə bilirəm.
Şuşaya gedə bilmirəm.


Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi,
Kimə söyləyim dərdimi
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi –
Şuşaya gedə bilmirəm.


Türk olmaq günahmı oldu?
Günahkar Segahmı oldu
Təbrizdən uzaqmı oldu
Şuşaya gedə bilmirəm.

view 2360 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news