Azərbaycan poeziyası Kolumbiyada

Azərbaycan poeziyası Kolumbiyada
calendar 10 may 2017
clock 16:18

Azərbaycan Tərcümə Mərkəzi ilə Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin birgə layihəsi olan, Kolumbiya və Azərbaycan şairlərinin şeirlər toplusu – “İyirmi şeir” kitabı işıq üzü görüb.

Kolumbiya Milli Nəşriyyatında ərsəyə gəlmiş kitaba Nizami Gəncəvi, İmadəddin Nəsimi, müasirlərimizdən Səməd Vurğun, Mikayıl Müşfiq, Əli Kərim, Məmməd Araz və sair şairlərin şeirləri daxil edilib.

Şeirlər ispan dilinə Ramizə Həsənova, Azərbaycan dilinə Emin Ələsgərov tərəfindən tərcümə olunub.

view 945 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news