Əlif Şəfəq Buker mükafatının jürisində

Əlif Şəfəq Buker mükafatının jürisində
calendar 20 iyul 2016
clock 10:55

Britaniyada verilən dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından olan Beynəlxalq Buker mükafatının 2017-ci ildəki münsiflər heyətində türk yazıçı Əlif Şəfəq da olacaq.

Kulis.Azın türk saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə Bukerin təşkilat komitəsi məlumat verib.

Jüridə ingilis yazıçısı və tərcüməçisi Daniel Hahn, Buker mükafatçısı Helen Mort, nigeryalı yazıçı Çika Uniqve də var. Jürinin sədri Edinburq Beynəlxalq Kitab Festivalının direktoru Nik Barleyndir.

Xatırladaq ki, builki mükafata Nobel ödüllü yazar Orxan Pamuk da “Kafamda Bir Tuhaflık” romanıyla nazmizəd olmuşdu, ancaq mükafat “Vegetarian” romanına görə Cənubi Koreyalı yazıçı Han Kanqa verilmişdi.

view 1065 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news