Rəşad Mehdizadə: “Uçurum”-Ən qısa hekayə

Rəşad Mehdizadə: “Uçurum”-Ən qısa hekayə
calendar 25 dekabr 2013
clock 18:00

Kulis.az Rəşad Mehdizadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Uçurum” (287 işarə) hekayəsini təqdim edir.

Uçurumun kənarındaydı artıq. Ölümlə qalımın arasında. Ya ölümü seçib bir gün öləcəkdi, ya da qalımı seçib, hər gün. O nə ölümü, nə də qalımı seçdi.

O, yaşamı, yaşamağı və yaşatmağı seçdi. Hər gün ölmək əvəzinə, hər gün yaşamağı, yəni ən çətin olanı. Yaşamının son mənzili kimi gördüyü uçurum, artıq onunçün yeni bir həyatın başlanğıcı idi...

view 1960 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news