Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində

Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində
calendar 13 fevral 2018
clock 10:01

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin "İblis" pyesi İstanbul səhnəsində oynanılacaq.

Bunu fevralın 10-da türk ədəbiyyatşünas Ahmet Kabaklının "Yunus Əmrə" kitabının Azərbaycan Yazıçılar Birliyindəki təqdimatında İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq Kültür Dairə başqanı Əbdürrəhman Şən deyib.

Ə.Şən bildirib ki, tamaşanın quruluşçu rejissoru Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasovadır.

Rəsmi əlavə edib ki, tamaşanın teatr sezonunun sonuna qədər səhnəyə qoyulacağı gözlənilir. /parafr.az/

view 1006 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news