Cavid Zeynallı: "Keçmişin sorağında" Ən qısa hekayə

Cavid Zeynallı: "Keçmişin sorağında" Ən qısa hekayə
calendar 19 dekabr 2013
clock 20:00

Kulis.Az Cavid Zeynallının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Keçmişin sorağında” (450 işarə) hekayəsini təqdim edir.

Müharibənin əzablı günləri geridə qalmış, şans onun üzünə gülmüşdü. Gözdən və qulaqdan əlil anasına qovuşmaq üçün tələsirdi. Anidən baş vermiş yol qəzası onun sevincini ürəyində qoydu. Yaddaşını, keçmişini itirdi...

Xəstəxanada palata yoldaşına baxır və qoca qadınla illərin tanışı kimi dərdləşir, keçmişi unutduğundan gileylənir. Tibb bacısının “İki gündür yataq xəstəsidir. O sizi görmür və eşitmir. Yeganə oğlu müharibədə itkin düşüb” sözləri onun qəlbini yaraladı və içində qadına qarşı mərhəmət toxumları cücərdi...

view 2443 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news