Sac üstə qovrulan qar dənəsiyəm – GÜNÜN ŞEİRİ

Sac üstə qovrulan qar dənəsiyəm – <span style="color:red;">GÜNÜN ŞEİRİ
calendar 10 avqust 2017
clock 04:20

Bu gün görkəmli Azərbaycan şairi Salam Sarvanın doğum günüdür. Kulis.az bu münasibətlə Salam bəyi təbrik edir və onun iyirmi il əvvəl ad gününə yazdığı məşhur şeiri “Günün şeiri” layihəsindən oxucuların diqqətinə çatdırır.

Ad günüm… Bir il də ötdü noolsun?!..
Bir azca təzəyəm, bir azca qədim.
Ax, yığdım telefon nömrəsi kimi
otuz bir yaşı da, «ora düşmədim».

Sac üstə qovrulan qar dənəsiyəm,
Bilmirəm yaydımı, ya qışmı indi.
Allah, mən içimi yedim qutardım,
bu dəri süfrəni yığışdır indi.

Atsana bu ağır çəkiylə məni,
yarı ruh - yarı can bölüb atsana.
Bu yer kürəsini çəkməmin altdan
bir lopa palçıq tək silib atsana.

view 1492 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news