“Küçələrə su səpmişəm” adlı sənədli film hazırlanıb

“Küçələrə su səpmişəm” adlı sənədli film hazırlanıb
calendar 19 iyun 2020
clock 13:30

Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanan “Küçələrə su səpmişəm” adlı sənədli film istifadəçilərin ixtiyarına verilib.

Bu layihə 9 iyun - Beynəlxalq Arxivlər Günü, həmçinin “Beynəlxalq arxivlər həftəsi” çərçivəsində idarənin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanıb.

Sözügedən layihədə “Küçələrə su səpmişəm” xalq mahnısının yaranması, məşhur xanəndələr tərəfindən ifa edilməsi və onun Azərbaycan xalqının mənəvi varidatı olmasını sübut edən ARDSYA-da mühafizə edilən fono və videosənədlər barəsində məlumat verilir.

Sözügedən sənədli filmə Milli Arxiv İdarəsinin “YouTube” kanalından baxmaq olar. /azertag.az/

view 3444 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news