“Manqurt” onlayn göstəriləcək

“Manqurt” onlayn göstəriləcək
calendar 11 may 2020
clock 15:40

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası növbəti dəfə mayın 12-də sənət ocağının “Facebook”dakı səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.

Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak ediblər. /azertag.az/

view 2227 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news