Conni Depp əməliyyat olunacaq

Conni Depp əməliyyat olunacaq
calendar 11 mart 2015
clock 12:35

Aktyor Conni Depp “Karib dənizinin quldurları-5” filminin çəkilişləri zamanı əlindən zədə alıb. “Kulis”in Aif.ru-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən bazar günü baş verib.

Aktyorun sağalması üçün cərrahiyyə əməliyyatı etmək lazım gələcək. Bundan ötrü o, çəkilişlərin aparıldığı Avstraliyadan ABŞ-a qayıtmalıdır.

Xatırladaq ki, Disney studiyası fevralda Avstraliyada “Karib dənizinin quldurları” filminin “Ölülər nağıl danışmır” adlanan beşinci hissəsinin çəkilişlərinə başladığını elan edib.

Bu hissədə Conni Depp yenə də Sərçə Cek rolunu oynayacaq. Bu hissədə Cek üçdişli Poseydonun axtarışlarına yollanır. Xavyer Bardemin oynadığı kapitan Salazar isə ona qarşı çıxır.

Filmin rejissorları İoahim Ronninq və Espen Sandberqdir. Şirkətin planına görə, filmin premyerası 7 iyul 2017-ci ildə keçiriləcək.

view 1236 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news