Bu gün İtaliyada 74-cü Beynəlxalq Venesiya Kinofestivalı öz işinə başlayır.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festivalın açılışı Aleksandr Peynin “Qısaca” satirik filmi ilə olacaq.
Nümayişlər avqustun 30-dan sentyabrın 9-dək davam edəcək. Festivalın münsiflər heyətinə Hollivud aktrisası Annet Beninq rəhbərlik edir.
- Roman müsabiqəsinin II seçim mərhələsinin nəticələri açıqlanıb
- Mənə dedi səni it maşınıyla aparacaqlar – Zamin Hacının uşaqlıq fotosu
- DokuBaku festivalının qalibləri elan olundu
Proqramda Darren Aronofski, Gilyerme Del Toro, Stiven Frirz, Ay Veyvey, Corc Kluninin filmləri var.
Avropada terakt təhlükəsi ilə festivalın təhlükəsizlik tədbirləri gücləndirilib.