Milli kinomuzun 120 illiyi geniş qeyd olunacaq

Milli kinomuzun 120 illiyi geniş qeyd olunacaq
calendar 23 aprel 2018
clock 15:00

Bu il avqustun 2-də Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq.

Bu münasibətlə ölkə başçısı Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi tapşırılır.

Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov olaylar.aza verdiyi açıqlamada bildirib ki, milli kinonun 120 illiyi ilə bağlı geniş tədbirlər planı nəzərdə tutulub: "Kinomuzun 120 illiyinə həsr olunan sənədli film, avqustun 2-də kino bayramı, kinonun tarixi ilə bağlı kitabların nəşri gözlənilir".

Y.Şeyxov kinomuzun 120 illiyi ilə bağlı kinofestivalların keçirilməsinin də nəzərdə tutulduğunu açıqlayıb. Bundan əlavə, yubiley münasibəti ilə kino xadimlərinin də mükafatlandırılması gözlənilir.

view 1052 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news