Di Kaprio üçüncü, Stallone ilk mükafatını qazandı

Di Kaprio üçüncü, Stallone ilk mükafatını qazandı
calendar 11 yanvar 2016
clock 10:51

Leonardo Di Kaprio “Diriliş” filmində oynadığı roluna görə “Qızıl Qlobus” mükafatı qazanıb. Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə filmin rejissoru Alexandro İnyarittu da ən yaxşı rejissor işinə görə mükafat sahibi olub.

Heç vaxt Oskar mükafatı almayan aktyor Di Kaprionun həyatından bu üçüncü “Qızıl Qblobus”udur.

Aktyor Silvestr Stallone də ən yaxşı ikinci plan nominasiyasında mükafata sahib olub. O, bu mükafatı “Krid: Rokkinin mirası” filminə görə alıb. Bu, məşhur Amerika aktyorunun karyerasında ilk “Qızıl Qlobus”udur.

view 1693 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news