"Anna Karenina" balet oldu

"Anna Karenina" balet oldu
calendar 29 mart 2018
clock 16:27

Rusiyanın “Bolşoy teatr”ı “Anna Karenina” baletini təqdim edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Kanada Milli Baleti və Hamburq Baletinin birgə işi olan tamaşanın rejissoru Con Noymayerdir.

Üç saatlıq tamaşada romandakı bütün hadisələr işıqlandırılmasa da, ümumi motivi saxlamaqla atmosferi və ətraf mühiti dəyişib.

Noymatyerin tamaşası seçkiabağı mitinqlə başlayır. Karenin yenidən seçilmək istəyən siyasətçidir. Qraf Vronski isə yarışlara hazırlaşan idmançı, Levin isə traktorçudur.

Anna Karenina teatrın priması Svetlana Zaxarovanın ifasında təqdim olunub.

Tamaşa sənət biliciləri tərəfindən sənət hadisəsi kimi qiymətləndirilib.

view 1761 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news