Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır
calendar 12 aprel 2018
clock 17:46

Doxsan illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti yeni tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən Kulis.aza bildirilib ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır.

Tamaşanın quruluşçu rejissoru gənc rejissor Ayla Osmanovadır.

Səhnə əsərində Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları iştirak edəcək.

Tamaşaya ictimai baxış mayın 31-nə nəzərdə tutulub.

view 2085 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news