Pantomimada yeni tamaşa: “Mənim balığımsan”

Pantomimada yeni tamaşa: “Mənim balığımsan”
calendar 27 oktyabr 2017
clock 14:07

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşanın məşqlərinə başlayıb.

Elnur Rzayevin “Mənim balığımsan” əsəri əsasında səhnələşdirilən tamaşa sənət ocağının baş rejissoru Xalq Artisti Bəxtiyar Xanızadənin quruluşunda təqdim olunacaq.

Musiqi tərtibatı Səbinə Hacıyevaya məxsus olan tamaşanın rəssamı Sənubər Səmədovadır.

“Tamaşada rolları aktyorlar Elnur Rzayev, Səbinə Hacıyeva, Beyrək Rüstəmov, Səbirə Həsənova və digərləri ifa edəcək. Əksər valideynlər uşaq vaxtı övladlarını ceyrana, marala, balığa və digər varlıqlara bənzədirlər. Belə bənzətmələrin tez-tez şahidi oluruq. Bu deyimlər valideynlər tərəfindən təkrarlandıqca uşaqların daxili dünyası, sanki o deyimlərlə möhürlənir. Mövcud yanaşmalar uşaqları bəzən dünyalarını o tərzdə görmək istəyinə həvəsləndirir. Səhnə əsərinin məğzi belədir ki, hər bir varlığa öz adı ilə yanaşılmalıdır”, - deyə B.Xanızadə söyləyib.

Rejissor əlavə edib ki, səhnə əsərinin premyerası noyabrın ilk ongünlüyünə planlaşdırılır.

AzərTac

view 980 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news