“Can Qarabağ” deyən uşaqlar

“Can Qarabağ” deyən uşaqlar
calendar 25 noyabr 2020
clock 18:10

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti layihəsini də sənətsevərlərin ixtiyarına verdi.

Kulis.az xəbər verir ki, teatrın nəzdindəki “Oyuq” teatr-studiyası özünün hərbi-vətənpərvərlik ideyalı növbəti klipini ərsəyə gətirib.

“Qarabağ Azərbaycandır” şüarı ilə bundan öncə də bir neçə klip və videoçarx hazırlayan teatr təmsilçiləri bu dəfə sözləri və musiqisi Bəhram Nəsibova məxsus “Qarabağ” ("Can Qarabağ" adı ilə tanınan) mahnısına klip çəkiblər.
“Qarabağ Azərbaycandır” layihəsinin davamı olan klipin ideya müəllifi Səidə Haqverdiyeva, rejissoru Tofiq Teymuroğlu, operatoru Mərdan Məmmədovdur.

Xatırladaq ki, bu mahnı və ona çəkilən klip teatrın “Uşaq və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi”nə yönələn çoxşaxəli fəaliyyətinin bir istiqamətidir. Mövzu ilə bağlı daha bir klip və videotamaşa da hazırlanacaq.

view 2421 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news