"Səs Azərbaycan"ın seçimləri başladı

"Səs Azərbaycan"ın seçimləri başladı
calendar 10 iyun 2020
clock 14:10

İctimai Televizya ölkəmizdə yayım lisenziyasına sahib olduğu dünyanın ən səs-küylü televiziya vokal yarışması olan “The Voice” i 6 il sonra yenidən ekranlara geri qaytardı.

Kulis.az xəbər verir ki, “Səs Azərbaycan”ın seçimlərinə artıq start verilib. 16-65 yaş həddində olan istedadlı, səsinə güvənən insanlar yarışmaya qatıla biləcək. Bunun üçün iştirakçılar ifalarını videoya çəkib 051 255 44 44 nömrəsinə WhatsApp ilə yollaya və ya İTV.AZ saytına yükləyə bilərlər.

Xatırladaq ki, “Səs Azərbaycan” yarışması 2015- ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanmışdı.

Qeyd edək ki, “The Voice” dünyanın 50-dən çox ölkəsində keçirilir.

view 2325 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news