Azərbaycanlı müğənni "Avroasiyanın yaxşı ifaçısı" seçildi

Azərbaycanlı müğənni  "Avroasiyanın yaxşı ifaçısı" seçildi
calendar 3 yanvar 2020
clock 18:43

Müğənni Roza Zərgərli Qazaxıstanda “Qazaq Awards” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, ifaçı “Almatı” arenanın səhnəsində “Hipnoz” mahnısını oxuyub. Zərgərli “Avroasiyanın yaxşı ifaçısı” nominasiyasında təltif olunub.

Qeyd edək ki, mükafatlandırma mərasimində türkdilli ölkələrin ən parlaq ulduzları çıxış edib.

Tədbir zamanı Roza adaşı, müğənni Roza Rımbayeva ilə görüşüb. O, həmkarına “Mənə bu adı sizin şərəfinizə qoyublar” deyib. /axşam.az /

view 2087 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news