Azərbaycanlı opera müğənnisi Mariinski Teatrının tarixi səhnəsində

Azərbaycanlı opera müğənnisi Mariinski Teatrının tarixi səhnəsində
calendar 13 avqust 2021
clock 15:31

Azərbaycanlı opera müğənnisi, beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynov Sankt -Peterburqdakı Mariinski Teatrının tarixi səhnəsində fransız bəstəkarı Leo Delibesin "Lakme" operasının nümayişi ilə çıxış edib.

"Ağ gecələrin ulduzları" musiqi festivalının proqramına daxil edilmiş "Lakme" operasında Nilakanta rolunu Məhərrəm Hüseynov canlandırıb. Onun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, M.Hüseynov teatrın qonaq solistidir.

view 1977 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news