Bakıya beynəlxalq kitabxanaçılar dəvət olundu

Bakıya beynəlxalq kitabxanaçılar dəvət olundu
calendar 25 yanvar 2020
clock 11:15

“Bakı Prosesi” müxtəlif formalarda davam edir. Bu il Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi nəzərdə tutulub. “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı foruma bir növ hazırlıqdır.

Bu sözləri jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı əlaqələrin daha da genişlənməsinə və Humanitar Forum çərçivəsində müzakirə olunacaq məsələlərin sanki bünövrəsini qoymağa kömək edəcək. Konfransda nüfuzlu qonaqlar iştirak edir. Çox zəngin mədəni proqram hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə ölkəmizə kitabxanaçılardan ibarət böyük nümayəndə heyəti təşrif buyurub və kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunur. Bu cür tədbirlər ölkələr arasında mədəni dialoqun göstəricisidir./azertag.az/

view 2255 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news