Gənc şair Tərcümə Mərkəzini sərt tənqid etdi: “Bunun bircə adı var...”

Gənc şair Tərcümə Mərkəzini sərt tənqid etdi: “Bunun bircə adı var...”
calendar 26 iyul 2021
clock 13:21

“Tərcümə Mərkəzi şairlərimizin dünyanın müxtəlif dillərinə tərcümə olunması və saytlarda yayımlanmasına dair xəbərlər paylaşır. Diqqətlə analiz etsək, bu işin bircə adı var: qeyri-peşəkarlıq”.

Bu sözləri Ramiz Rövşənin şeirlərinin Rusiya və Türkiyə saytlarında yayımlanmasına münasibət bildirən şair-ədəbiyyatşünas Ramil Əhməd öz sosial amedia hesabında paylaşıb. O daha sonra əlavə edib:

“Məsələn, Türkiyənin "Ərik ağacı öykü" saytında şeir yayımlamağı uğur kimi görürlər. Dövləti təmsil edən, potensialı, maliyyəsi olan bir qurum nə qədər qeyri-peşəkar olmalıdır ki, Türkiyənin 30-cu dərəcədən saytında şeir nəşr etməyi uğur kimi görsün? Ramiz Rövşən kimi böyük bir şairi Türkiyədə bu şəkildə təqdim etmək, şeirə, şairə sayğısızlıqdır!”.

view 2251 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news