İsa Məsih filmə lezbiyan obrazında çıxacaq

İsa Məsih filmə lezbiyan obrazında çıxacaq
calendar 30 iyun 2020
clock 10:24

Əfsanəvi ulduz Maykl Ceksonun qızı Paris Cekson yeni çəkilən “Habit” adlı dram filmində Həzrəti İsanı lezbiyan rolunda canlandıracaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Cekson, filmdə yer alan Bella Torn, Qevin Rossdeyl və Cozi Ho kimi məşhur aktyorlarla tərəf müqabili olacaq. “Habit” filminin rejissorluğu Canel Şritkliffiə həvalə olunub. Bu film Şriktliffin ilk uzunmmetrajlı film layihəsi olacaq.

Filmdə İsa peyğəmbərin lezbiyan obrazı kimi göstəriləcəyi xəbərləri ictimaiyyət arasında səs-küy yaradıb. Bir qrup xristian dindarlar filmin çəkilişlərinin dayandırılması üçün imza kampaniyasına başlayıb.

Qeyd edək ki, Paris Cekson model olsa da, əvvəllər də bir neçə ekran işində aktrisa kimi özünü sınayıb.

view 2907 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news