Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub
calendar 23 noyabr 2020
clock 18:49

Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə “Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları” müsabiqəsi elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

view 2011 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news