Məşhur "Getmə ana" əsəri Azərbaycan dilində nəşr olunub

Məşhur "Getmə ana" əsəri Azərbaycan dilində nəşr olunub
calendar 21 avqust 2020
clock 11:06

Başqırdıstan Dövlət Gənclər Mükafatı laureatı, istedadlı nasir Aygiz Baymuxammetin məşhur “Getmə, ana” əsəri Azərbaycan dilində nəşr olunub.

Bu barədə Kulis.az-a kitabın “Ön söz” müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva bildirib.

Əsərin tərtibatı Əkbər Qoşalıya məxsusdur. Kitab DGTYB və “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyi (RHİMİB) tərəfindən nəşrə hazırlanıb. Əsərə RHİMİB-nin sədri Arzu Bağırova, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı rəy yazıblar. Layihənin koordinatorlaru isə DGTYB-nin sədri İntiqam Yaşar və onun köməkçisi Əfsanə Ələsgərlidir.

Müəllifinə Başqırd Dövlət Gənclər Mükafatı qazandıran povest, bir çox dillərə çevrilib, Başqırdıstanın və Qırğız Respublikasının tədris planına daxil edilib.

Gallery

view 2271 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news