Rasim Balayev və Şəfiqə Məmmədova təltif edildi

Rasim Balayev və Şəfiqə Məmmədova təltif edildi
calendar 2 avqust 2023
clock 18:40

Mədəniyyət Nazirliyinin fəxri diplomu təsis edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust – Milli Kino Günündə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, bu mükafatın təsis edilməsində məqsəd mədəniyyət sahəsində həm işləri, həm də pedaqoji fəaliyyəti ilə məşğul olanlara diqqətin göstərilməsi üçündür.

Nazir Xalq artisti Rasim Balayev və Xalq artisti Şəfiqə Məmmədovanın Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunduqlarını bildirib.

"Düşünürük ki, bu siyahı daim genişləndiriləcək", - deyə o qeyd edib.

view 1026 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news