Qadın rejissorlar Conni Deppin mükafat almasına qarşı çıxdı

Qadın rejissorlar Conni Deppin mükafat almasına qarşı çıxdı
calendar 11 avqust 2021
clock 18:39

İspan qadın rejissorlar Amerika aktyoru Conni Deppin mükafatlandırılmasına qarşı çıxıblar.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, San Sebastiyan və Karlovı Varı film festivallarının təşkilatçıları kinonun inkişafındakı xidmətlərinə görə aktyor Conni Deppə fəxri mükafatlar təqdim edəcəklərini elan etsələr də, İspan Qadın Rejissorlar Birliyi festival təşkilatçılarının qərarını qınayıb.

Birliyin rəhbəri Kristina Andre belə bir hərəkətin festivalın nüfuzuna xələl gətirdiyini bildirib.

view 1587 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news