Rövşən Lənkəranski haqqında kitab nəşr olundu

Rövşən Lənkəranski haqqında kitab nəşr olundu
calendar 27 oktyabr 2020
clock 13:39

Kriminal ələmin məşhur avtoritetlərindən olan azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski (Rövşən Rafiq oğlu Canıyev) haqqında kitab nəşr edilib.

Kulis.az xəbər verir ki, "Qanun" nəşriyyatında işıq üzü görən kitabın müəllifi Bəhram Çələbidir.

Bu kitab kriminal aləmdə sanballı avtoritetlərdən biri – “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Rafiq oğlu Canıyevin həyat və fəaliyyətindən bəhs edir.

Müəllifin məlumatına görə kitabda yer alan xatirələri cəmləmək üçün o, Rövşən Canıyevi tanıyan şəxslərlə görüşüb, onların mərhum haqqında fikirlərini dinləyib.

view 2794 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news