Sevda Ələkbərzadədən pərəstişkarlarına karantin sovqatı

Sevda Ələkbərzadədən pərəstişkarlarına karantin sovqatı
calendar 9 aprel 2020
clock 20:40

Müğənni Sevda Ələkbərzadə #evdegal aksiyasına qoşularaq “Sən yadıma düşəndə” mahnısını ifa edib.

Kulis.az xəbər verir ki, müğənnini pianoda Londonda yaşayan pianoçu Elçin Şirinov müşayət edib.

Müğənni musiqi parçasını Facebook səhifəsindən paylaşaraq ürək sözlərini belə ifadə edib: “Əziz dinləyicilərim. Biz sizə koronavirus haqqında mahnı oxumaq istəmədik, çünki o buna layiq deyil. Evdə qalmaq haqqında da mahnı oxumaq istəmədik. Sadəcə bu çətin günlərdə əhvalınızı yüksəltmək, evdə qaldığınız günləri bir qədər maraqlı etmək istədik. Hamınız mənim ifamda Elza İbrahimova və Dəmir Gədəbəylinin "Sən yadıma düşəndə" mahnısını çox sevirsiniz. Ona görə əziz dostum, neçə illər birgə çalışdığım peşəkar pianoçu, hal-hazırda Londonda yaşayan Azərbaycanın əməkdar artisti Elçin Şirinovla birgə bu mahnı ilə karantindəki günlərinizə rəng qatmaq istəyirik. Xüsusi təşəkkür gözəl back vocala görə Samirə Rəcəbli və Leyla İzzətovaya bildirirəm.”

view 2300 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news