Sim-sim.az 5 yaşını qeyd edir

Sim-sim.az 5 yaşını qeyd edir
calendar 10 sentyabr 2020
clock 18:09

Ədəbiyyat və sənət platforması olan “Sim-sim.az” saytının fəaliyyətə başlamasından beş il ötür.

Kulis.az xəbər verir ki, portal 2015-ci il sentyabr ayının 10-dan internet istifadəçilərinin ixtiyarındadır. Sayt gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.

Sim-sim.az-da ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Saytın oxucularını təbrik edirik!

view 2346 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news