Yaradıcılıq fakültəsində Şərif Ağayarla görüş keçirildi

Yaradıcılıq fakültəsində Şərif Ağayarla görüş keçirildi
calendar 28 noyabr 2019
clock 17:51

Bu gün Azərbaycan Dillər Universitetinin “Yaradıcılıq fakültəsi”ndə yazıçı Şərif Ağayarla görüş keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan “Yaradıcılıq Fakültəsi”nin dekanı Qismət Rüstəmov tədbir iştirakçılarını salamlayıb. O, yazıçının yaradıcılığı haqqında tələbələrə ümumi məlumat verib.

Şərif Ağayar yazıçılığın praktiki tərəflərindən, dil, mətn və üslub məsələlərindən danışıb.

Yazıçı daha sonra tələbələrin konkret sualları ətrafında misallarla günümüzün ədəbiyyatı, dünya ədəbiyyatı ilə müqayisələr, gənc yazıçıların qarşısında duran əsas məsələlər və.s haqqında fikir mübadiləsi aparıb.

view 2451 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news