Yazıçının yeni kitabı çap olundu

Yazıçının yeni kitabı çap olundu
calendar 2 oktyabr 2021
clock 13:50

Yazıçı Rafiq Yusifoğlunun “Xiffət” adlı yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, yazıçının ilk romanı olan əsərin mövzusu Qarabağ hadisələrindən bəhs edir.

“Xiffət” romanı Qarabağ hadisələrinin başlanğıcından, Xocalı faciəsindən, torpaqlarımızın işğalından tutmuş müqəddəs yurd yerlərimizin müzəffər Azərbaycan ordusu tərəfindən azad etməsinə, zəfər günümüzə qədər olan hadisələri özündə birləşdirir. Müəllif bir ailənin taleyi timsalında müharibənin insan həyatına vurduğu silinməz izlərdən söhbət açır. Romanda təxəyyülünün məhsulu olan Ümid, Şəlalə, İntiqam kimi obrazların həyatda yaşayan, qəhrəmanlıq göstərən konkret insanlarla, döyüşçülərlə ünsiyyəti, onların hərəkət və davranışlarına verdikləri qiymət haqq işi uğrunda mübarizə fonunda təsvir olunmuşdur.

ADPU nəşriyyatında çap olunan “Xiffət” romanının redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəssamları isə İlqar Tofiqoğlu və Kübra Əkbərovadır.

view 1832 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news