Adil İsgəndərovun nadir şəkilləri Film Fonduna daxil edilib

Adil İsgəndərovun nadir şəkilləri Film Fonduna daxil edilib
calendar 16 avqust 2024
clock 14:05

Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən SSRİ Xalq artisti, görkəmli teatr və kino xadimi Adil İsgəndərovun nadir fotoşəkilləri daxil edilib.

Kulis.az xəbər verir ki, fotoşəkillər A.İsgəndərovun “Azərbaycanfilm” kinostudiyasının direktoru kimi “İstintaq davam edir” (1966) filminin çəkilişlərində iştirakını əks etdirir.

Bu fotoşəkillərlə yanaşı, Dövlət Film Fondunun rəsmi saytı və sosial media hesabları vasitəsilə Adil İsgəndərovun anadan olmasının 115 illiyi ərəfəsində onun “Qanun naminə” (1968) filmində Kamilov obrazını canlandırarkən çəkilmiş kadrarxası görüntüləri də ictimaiyyətə təqdim olunur.

Fotoşəkillər kinorejissor Muxtar Dadaşovun Film Fondunda qorunan şəxsi arxiv fonduna daxildir.

view 657 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news