Analarının mirasından məhrum olacaqlar

Analarının mirasından məhrum olacaqlar
calendar 1 iyul 2024
clock 15:49

Kral ailəsini tərk edərək həyat yoldaşı Meqan Markl ilə ABŞ-yə köçən şahzadə Harri və Britaniya taxtının varisi şahzadə Uilyam analarından miras qalan evə sahib ola bilməyəcəklər.

Kulis.az xəbər verir ki, şahzadə Harri və Uilyam analarının 13 milyon funt-sterlinq sərvətinin və zinət əşyalarının böyük hissəsini alsalar da, ev onlara verilməyəcək.

1508-ci ildən Spenser ailəsinə məxsus olan mülk şahzadə Harri və Uilyamın əmisi oğlu Lui Spenserə qalacaq. Lui Diananın qardaşı Örl Çarlz Spencerin oğludur.

Lui Londonun Çisvik şəhərindəki dram məktəbində aktyorluq karyerasına başlamazdan əvvəl Edinburq Universitetində təhsil alıb. O, hazırda Tavistok Vud Agentliyi tərəfindən təmsil olunur.

view 590 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news