“Anamın kitabı” yenidən Şuşa Teatrının səhnəsində

“Anamın kitabı” yenidən Şuşa Teatrının səhnəsində
calendar 23 dekabr 2023
clock 13:00

2024-cü il yanvarın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinovadır.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. “Anamın kitabı”nda Azərbaycan xalqının taleyüklü məsələləri bir ailənin timsalında ümumiləşdirilib, müxtəlif dövlətlərə meyilli olan ziyalıların səhv yol tutması tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu Vətən ideyası ətrafında birləşməkdir.

Səhnə əsəri yüksək ideyası və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır.

view 698 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news