Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
calendar 26 aprel 2024
clock 10:00

Azərbaycanlı yazıçı Solmaz Amanovaya Çingiz Aytmatov medalı təqdim edilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimi Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində baş tutub.

Professor Amanovaya təltifi Çingiz Aytmatov Beynəlxalq Fondunun prezidenti Eldar Aytmatov çatdırıb. Yazıçıya təşəkkürnamə, vəsiqə və Aytmatov xatirə medalı təqdim olunub.

Qeyd edək ki, çox sayda kitabın müəllifi olan Solmaz Amanova Avropa Təbii Elmlər Akademiyasının tibb və uşaq ədəbiyyatına verdiyi töhfələrinə görə Leonardo da Vinçi medalı, "Robert Kox", Avropanın Şərəf ordeni, Dostluq ordeni, "İohan Voltqanq Höte", "Fridrix Şiller" və "Qrimm Qardaşları" medalları ilə təltif olunub.

view 887 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news