Bu tablo rekord qiymətə hərraca çıxarılacaq

Bu tablo rekord qiymətə hərraca çıxarılacaq
calendar 13 yanvar 2022
clock 09:40

Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898-1967) “İşıq İmperiyası” tablosu 60 milyon dollardan çox qiymətə hərraca çıxarılacaq.

Bu barədə Londonda martın 2-də müasir incəsənət əsərlərinin hərracında bu əsəri təqdim edəcək “Sotheby's” hərrac evi məlumat yayıb. 1961-ci ildə çəkilmiş mənzərə hərrac evində şəxsi əllərdə saxlanılan müasir incəsənətin ən çox arzulanan əsərlərindən biri kimi dəyərləndirilib. Rəsmdə toran vaxtı villa təsvir edilib. Evdə artıq işıq, binanın qarşısında isə ağ buludlu parlaq səma ilə ziddiyyətdə olan fənər yandırılıb./azertag/

view 1332 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news