Sərdar Aminin yeni nəşr edilmiş "Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" kitabı satışa çıxarılıb.
Kulis.az xəbər verir ki, tarixi faktlardan ibarət toplu Azərbaycan coğrafiyasına rəhbərlik etmiş şəxsiyyətlərin yanlışlarını hədəfə alıb. Kitabda Xürrəmilər, Səfəvilər, Xanlıqlar, SSRİ və müstəqillik dönəmində atılmış bir neçə yanlışdan bəhs olunur.
Müəllif iddia edir ki, həmin yanlışlar olmasaydı, indi həyatımız tamam başqa cür olacaqdı. Nəşr olunan iddiaların hər biri tarixi sənədlərə, nüfuzlu tarixçilərin qeydlərinə əsaslanıb.
- Dünyanın ən yaşlı iti öldü
- Misralarımın kağızı öpdüyü dünya – YENİ ŞEİRLƏR
- Cəfər Cabbarlının qızı dəfn olunub
"Mücrü" nəşriyyatında çapdan çıxan kitab çatdırılma yolu ilə satılır.
Əlaqə: +994 50 291 78 98