Danimarka "Avroviziya" təmsilçisinin adını açıqladı

Danimarka "Avroviziya" təmsilçisinin adını açıqladı
calendar 19 fevral 2024
clock 10:40

Daha bir ölkə "Avroviziya 2024" yarışmasına göndərəcəyi təmsilçinin adını açıqlayıb.

Kulis.az xəbər verir ki, Danimarka ölkəsini SABA adlı ifaçının təmsil edəcəyini bildirib.

SABA "Dansk Melodi Grand Prix 2024"də qalib gəlib və "Avroviziya"ya qatılma şansı qazanıb. Müğənni beynəlxalq yarışmada "Sand" mahnısını oxuyacaq.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.

view 634 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news