Dramaturgiya və ssenari kursları fəaliyyətə başlayıb

Dramaturgiya və ssenari kursları fəaliyyətə başlayıb
calendar 30 yanvar 2024
clock 12:12

Xalq artisti Vidadi Həsənovun rəhbərliyi, Qanun Nəşriyyatı və “M.Teatr”ın təşkilatçılığı ilə elan edilən Yaradıcı Emalatxanada dramaturgiya və ssenari kursları fəaliyyətə başlayıb.

Kulis.az xəbər verir ki, kurslara müraciət edənlər əsərlərin ideya strukturunu, yazılma texnikasını, dramaturgiya qaydalarını dərindən mənimsəyəcəklər.

Qeyd edək ki, Emalatxanada tanınmış yazıçılar, ssenaristlər, dramaturqlar, rejissorlar, prodüsserlərlə görüşlər olacaq və ustad dərsləri keçiriləcək.

view 688 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news