Elçin Hüseynbəylinin yeni kitabı çap olundu

Elçin Hüseynbəyli, yazıçı

Elçin Hüseynbəyli, yazıçı

calendar 19 yanvar 2022
clock 13:20

Tanınmış yazıçı Elçin Hüseynbəylinin "O gözəllər ki vardı..." hekayələr kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitaba on altı hekayə yer alıb. "Ulduz" jurnalı ilə "Mücrü" nəşriyyatının birgə layihəsi olan kitab "Qaraçuxanın bəyaz edelveysi" adlı müsahibə ilə başlayır. “Ön söz” əvəzi yerinə verilən müsahibəni gənc şair Taleh Mənsur "Ulduz" jurnalının "Yazı masası" rubrikası üçün hazırlayıb.

Layihənin rəhbəri şair Qulu Ağsəs, redaktoru Dürdanə İbrahimova-Hüseynbəyli, dizayn və qrafikanın müəllifi Fərid İlhamdır.

“Mücrü” nəşriyyatı hesab edir ki, bu, “hamının oxumaq istədiyi kitab”dır. Kitabı Bakıdakı kitab mağazalarından əldə etmək olar.

view 1506 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news