Əsəd Qaraqaplanın imza günü keçiriləcək

Ata və Qızılgül - Əsəd Qaraqaplan

Ata və Qızılgül - Əsəd Qaraqaplan

calendar 10 mart 2022
clock 15:30

Əsəd Qaraqaplanın yeni işıq üzü görmüş "Ata və qızılgül" romanının təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, imza günü 13 mart bazar günü saat 15:00-17:00 arası Kitabevim.az kitab mağazazasında (Nərimi r, Puşkin k, 32a, AK center, ll mərtəbə. 28 May m/s yaxınlığında. Dəmir Yolu Xəstəxanasının yanı) baş tutacaq.

Həyatın ən acı gerçəklərini, insanlığın çöküşünü anladan, həyat faktlarına bəzək-düzəksiz, cəsarətli münasibət ortaya qoyan bu kitab müəllif təxəyyülü və gerçək yaşantıların qovuşuq təzahürüdür. Buradakı toplum tənha buraxılmış, faciəvi sonluqlara hamilə olan böyük bir gecəqondu kimidir. Kitab süslü şəhər həyatının kadrarxasını – gerçək üzünü göstərməyə çalışır. Burada sevdiyinə qovuşmaq və onu qorumaq üçün sevgidən daha çox şeyə ehtiyac duyulur. Bu şərtlərin çıxılmazlığının insanı nələrə vadar edib hansı məqamlara çatdıra biləcəyini kitabı oxuyaraq – yaşayaraq görmək mümkündür. Kitab ayrı-ayrı mətnlərdən ibarət olsa da, buradakı hadisələri birləşdirən ümumi xətt gecəqondu yaşantısı – insan faciələrinin son həddidir. Kitab həm də bu mövzuda indiyə kimi yazılmış ən fərqli və dolğun yaradıcılıq nümunəsi sayıla bilər...

view 1612 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news